Məşhur türkiyəli müğənni Dəniz Səki həbsxanadan kənarda əməliyyat olunacaq. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Dəniz Səki keçən həftə uşaqlığında kista olduğunu əsas gətirərək müalicə olunmaq üçün prokurorluğa müraciət edib. Uşaqlıq yolunda 8 sm ölçüdə kista aşkarlanan müğənni qısa müddət ərzində xəstəxanaya yerləşdiriləcək və əməliyyat olunacaq.
Qeyd edək ki, Dəniz Səki narkotik maddədən istifadə etdiyi üçün həbs olunub.