Rəqqasə Fatimə Fətəliyeva Milli Ordunun Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.
Bu haqda Lent.az-a açıqlama verən sənətçi əsgərlər qarşısında çıxış etməyin onun üçün çox qürurverici olduğunu bildirib:
“Konsertdə mənim çıxışımdan savayı, tələbələrimin də rəqsləri oldu. Tərtərə gəlmək, əsgərlərin qarşında çıxış etmək mənim üçün çox xoşdur. Hər bir Azərbaycan vətəndaşı kimi mənə qürur verir. Daxili Qoşunlarda sayca verdiyim neçənci konsert olduğunu bilmirəm. Çünki əsgərlərin qarşısında çıxış etməyi hər zaman özümə borc bilmişəm. Onlar hər gün ermənilərlə üz-üzə qalırlar. Vətənimizin keşiyində dururlar. Allah əsgərlərimizi qorusun”.
Xatırladaq ki, konsert Milli Ordunun və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, Tərtərdə Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunan konsertdə F.Fətəliyeva ilə eyni səhnəni müğənnilər Aslan Hüseynov, Aynur İsgəndərli, Gülnar Qüdrətli və başqa ifaçılar bölüşüblər.
Konsertdən olan fotoları təqdim edirik.