Əməkdar artist Eyyub Yaqubovun iyunun 12-də baş tutacaq konserti təxirə salınıb. Bu barədə Lent.az-a əməkdar artistin özü məlumat verib. O bildirib ki, konsertin vaxtını dövlət tədbirinə görə dəyişməli olub: “Konsertin təxirə düşməyinə səbəb iyunun 15-də “Qurtuluş günü” ilə əlaqədar Rusiyada keçiriləcək konsertdir. Məhz bu üzdən konsertin vaxtını dəyişməyi qərara aldıq. Amma tezliklə konsert layihəmi həyata keçirəcəm. Sevənlərimin gözünü intizarda qoymayacağam. Konsert avqustda olacaq”.