Məşhur “O səs Türkiyə” yarışmasındakı çıxışı ilə çoxlarını heyrətləndirən Elnur Hüseynova Türkiyənin bir neçə kanalından təklif gəlib. Lent.az-ın məlumatına görə, ifaçı “TV8” telekanalında yayımlanan "3 Adam" verilişinə dəvət olunub. Dekabrın 7-nə keçən gecə Bakı vaxtı ilə saat 01:30-da yayımlanacaq proqramda Türkiyənin tanınmış müğənnisi Sərtap Erener də qonaq olacaq.