Daha bir müğənnimiz Türkiyədə iş görəcək
07 dekabr 2013 20:42 (UTC +04:00)

Daha bir müğənnimiz Türkiyədə iş görəcək

Bir müddət yaradıcılığına fasilə verən müğənni Nurlan Təhməzli yenidən iş başındadır.  Bu haqda Lent.az-a sənətçinin prodüseri Pənah Eldaroğlu məlumat verib: “Nurlan bir müddət səhnədən uzaqlaşmışdı. Buna səbəb Türkiyədə ərsəyə gətirmək istədiyi yeni albomu idi. Hələ albomun adını dəqiqləşdirməmişik. Onu da deyim ki, diskdə Nurlanın öz bəstələdiyi mahnıları yer alacaq”. 


Prodüser ifaçının daha bir layihə üzərində işlədiyini deyərək yeni bəstəsindən də söz açıb: 

“Nurlan repertuarına “Gəl evlənək” adlı yeni mahnı daxil edib. Adıçəkilən bəstənin sözləri Zülfü Bədəlovun,  musiqisi və aranjimanı isə Elvin Musayevindir. İfaçı bu mahnıya klip çəkdirməyi də düşünür. Çox maraqlı layihə olacaq”.   

 

# 1268
avatar

Yalçın UĞUR

Oxşar yazılar