Bakıda yayın ən son “partlayışı”
04 sentyabr 2013 15:20 (UTC +04:00)

Bakıda yayın ən son “partlayışı”

Rusiyanın - 3 cazibədar qızı- “Serebro” qrupu Bakıya gəlir. Bu haqda Lent.az-a konsertin təşkilatçısı, “A plus production”un rəhbəri Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, qrupun konserti  sentyabrın 14-də baş tutacaq.

Konsertdə DJ-lər Çina və Ruazla yanaşı “Yeni ulduz” müsabiqəsinin, eləcə də “Eurovision” Milli seçim turunun iştirakçısı Ülvi Rəşidov də çıxış edəcək:“ Çoxdan bu qrupu gətirməyi düşünürdüm. Elşən Səfərovla bu işi gördük. Sürprizlə dolu gecə vəd edirik. Yayın ən son partlayışı məhz bu konsert olacaq”-deyə, Əli Hüseynov əlavə edib.

 

 

# 2110

Oxşar yazılar