Tanınmış prodüser yenidən aparıcılıq edəcək
29 sentyabr 2016 13:58 (UTC +04:00)

Tanınmış prodüser yenidən aparıcılıq edəcək

Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb. Lent.az-ın məlumatına görə, prodüser “Dünya” televiziyasında yayımlanan “Köklə sazı-3” aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb. Özü bu barədə belə deyir: “Təklif layihənin rəhbəri aşıq Namiq Fərhadoğlundan gəldi. Mən də aparıcılığa qarşı simpatiyam olduğu üçün qəbul etdim. İlk efir günüm yağışlı havaya düşdü. Dünən yağan dəhşətli yağışla güclə proqrama çatdım. Hazırlaşmağa belə vaxtım olmadı. Ən sadə halımla tamaşaçı qarşısına çıxdım. Yağış bərəkətdir. İşimizin uğurlu olacağına inanıram”.

 

Xatırladaq ki, prodüser “Space” televiziyasında yayımlanan “Hələ bu harasıdır” proqramına aparıcılıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324

Oxşar yazılar