Azərbaycanlı model Günay Musayevanın çəkildiyi “Türk tranziti” serialı bu gün Rusiyanın RTR2 telekanalında, Bakı vaxtı ilə saat 21.00-da efirə gedəcək. Lent.az-ın məlumatına görə, türk tranziti adlı 8 hissəli serialda G.Musayeva Şahnur obrazını canlandırır.
Serial rus yazarı Vladimr Qrinkovun “Türk tranziti” bestsellerinin motivləri əsasında çəkilib. Serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebsov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıblar.
G.Musayeva Türkiyədə keçirilən kastinqə qatılan 380 adam arasından seçilib.
Qeyd edək ki, bədii serial rus-türk mafiyasından bəhs edir.