Aygün Bəylərin səsi Hollandiyadan gəlir
09 dekabr 2013 12:09 (UTC +04:00)

Aygün Bəylərin səsi Hollandiyadan gəlir

Müğənni Elnur Məmmədov Hollandiyanın Utrext şəhərində konsert verib. Lent.az-ın məlumatına görə, konsertdə Elnurla birgə şou-biznesdən getdiyini deyən, əməkdar artist Aygün Bəylər, müğənni Səidə Sultan, meyxanaçı Samirə, Vüqar Abdulov və digər sənətçilər iştirak edib.

Avropada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan konsertdə çıxış edən E. Məmmədov, onunla birgə səhnəni bölüşən həmkarlarına minnətdarlığını bildirib : “Sənətçi həmkarlarıma, dostlarıma minnətdaram ki, Azərbaycandan kənarda da belə gözəl konsert gerçəkləşdirə bildik. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.

# 2169
avatar

Yalçın UĞUR

Oxşar yazılar