Acundan “Survivor 2017” sürprizi
02 oktyabr 2016 06:15 (UTC +04:00)

Acundan “Survivor 2017” sürprizi

“Survivor” yarışmalarının aparıcısı Acun Ilıcalı verilişlə bağlı yeniliklər edib.

 

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aparıcı növbəti mövsümdə Dominikan adasında “Survivor Türkiyə” ilə eyni vaxtda “Survivor Yunanıstan” yarışmasının da çəkiləcəyini açıqlayıb:

 

“Günortaya qədər “Survivor Türkiyə” çəkiləcək, günortadan sonra isə yunanlıların yarışlarını izləyəcəyik”.

 

Acun “Survivor Türkiyə”nin yeni mövsümündə sürpriz iştirakçıların olacağını da bildirib:

 

“Onların arasında 3 nəfər xüsusilə çox maraqlı simadır. Amma adlarını açıqlamağa hələ vaxt var. Bir-bir elan edəcəyik”.

 

Qeyd edək ki, “Survivor Türkiyə 2016”da Atakan qalib olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar