Fransanı “Eurovision-2016” yarışmasında təmsil edəcək iştirakçının adı məlum olub. Lent.az-ın məlumatına görə, Stokholmda keçiriləcək yarışmada Fransanı Amir Haddad adlı ifaçı “J’ai cherché “ adlı mahnı ilə təmsil edəcək. Onun müsabiqədə çıxış edəcəyi mahnı artıq hitə çevrilib.
Xatırladaq ki, Amir ixtisasca həkimdir və 29 yaşında musiqi karyerasına başlayıb.
Qeyd edək ki, Fransa mayın 14-də keçiriləcək böyük finalda birbaşa iştirak edəcək.