MAyın 9-da saat 16 radələrində Beyləqan rayonunda körpə oğlan uşağı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.
***
11:54
Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhəti ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.
O, reanimasiya şöbəsində keçinib.