Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü
10 may 2025 14:04 (UTC +04:00)

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, "VAZ 21015" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki qardaş Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar