ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçiriləcək sammit zamanı Fələstini tanıdığını elan edəcək.
Lent.az xəbər verir ki, bu barədə “Media Line” diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Prezident Tramp Fələstin dövləti və onun ABŞ tərəfindən tanınması, həmçinin HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı bəyanat verəcək”, - mənbə nəşrə bildirib.
Onun sözlərinə görə, bu baş verərsə, bu, Yaxın Şərqdə qüvvələr balansını dəyişəcək ən mühüm bəyanat olacaq.