Azərbaycanlı müğənni Afaq Aslan ötən gün paytaxt xəstəxanalarının birində dodaqlarını və burnunu plastik əməliyyat etdirib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, iki saata nəzərdə tutulmuş əməliyyatı 5 saat çəkib: “İllər öncə naşı bir həkim dodaqlarımın formasını pis hala salmışdı. Dodaqlarıma görə kompleksdə olurdum. Məhz bu səbəbdən həkim Vüqar Ələkbərova müraciət etdim. O da sağ olsun ki, müraciətimə müsbət yanaşdı. Ancaq əməliyyatım ağır oldu. Çünki 2 saat nəzərdə tutulan əməliyyat 5 saatdan çox çəkdi. Əməliyyat yeni olduğuna üçün danışa bilmirəm. Dodağımla yanaşı burnumu da əməliyyat etdirdim. Hazırda üzümdə şiş var. Hələ bir müddət efirə çıxmayacağam. On gün sonra sarığım açılacaq və yenidən işlərimin başına keçəcəyəm”.

Oxşar yazılar

Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı
6 avqust 2025 , 15:58
Süni intellekt Məhəbbət Kazımova "Laçınım"ı oxutdurdu – VİDEO
6 avqust 2025 , 14:29
Tətil zamanı qəzaya düşən Selami Şahin xəstəxanaya yerləşdirildi
6 avqust 2025 , 12:47
Çimərliklərdə açıq-saçıqlıqları ilə ən çox diqqət çəkən ULDUZLAR
6 avqust 2025 , 10:35
Urfalı bilinən İbrahim Tatlısesin mənşəyi hər kəsi təəccübləndirir
5 avqust 2025 , 13:13
Süni intellekt Aslan Hüseynovu belə canlandırdı – VİDEO
5 avqust 2025 , 12:26
Cennifer Lopezi alış-veriş mərkəzinə BURAXMADILAR
5 avqust 2025 , 10:58