Dünyaca məşhur müğənni Cennifer Lopez İstanbulda alış-veriş mərkəzinə buraxılmayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda Yenikapı Festivalında səhnəyə çıxacağı konsert üçün şəhərə bir gün öncədən gələn ulduz birbaşa İstinyedə yerləşən ticarət mərkəzinə yollanıb. Ticarət mərkəzində başqa bir mağazaya girmək istəyən Lopez, mağazanın təhlükəsizlik əməkdaşı tərəfindən tanınmadığı üçün içəri qoyulmayıb. Lopez isə sadəcə “Problem deyil” deyərək alış-verişinə davam edib.