Tatlısəs yenə evlənir
06 dekabr 2014 19:12 (UTC +04:00)

Tatlısəs yenə evlənir

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs qızı Əlif Adanın anası Ayşəgül Yıldızla yenidən evlənməyə hazırlaşır. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İbrahim Tatlısəs köhnə həyat yoldaşı ilə gələn ilin əvvəllərində evlənəcək.

 

2011-ci ilin əvvəllərində sui-qəsd nəticəsində ağır xəsarət alan məşhur müğənni hələ müalicə alarkən Ayşəgül Yıldızla nikaha daxil olub.

 

İbrahim Tatlısəslə Ayşəgül Yıldızın Əlif Ada adını verdikləri qızları 2013-cü ilin aprelində dünyaya gəlib. Ancaq İbrahim Tatlısəs çox keçmədən həyat yoldaşından boşanıb.

 

Qeyd edək ki, İ.Tatlısəs daha əvvəl 3 dəfə evli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar