Müğənni Elçin Cəfərov bu ilə olan sonuncu yaradıcılıq işini təqdim edib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, söz və musiqisi Elməddin Həmidova məxsus olan bəstə "De, adın nə sənin?" adlanır: “Yeni mahnımı dinləyicilərin ixtiyarına verdim. Mahnının aranjemanını Tərlan Məmmədhüseynov edib. Növbəti həftənin sonunda bu mahnıya klip çəkdirəcəm. Düşünürəm ki, seviləcək”.