85 yaşlı fahişə təqaüdə çıxmaq istəmir
21 may 2014 07:22 (UTC +04:00)

85 yaşlı fahişə təqaüdə çıxmaq istəmir

Britaniyada “yaşlı gecə kəpənəyi” kimi tanınan 85 yaşlı Şeyla Fogeql - Koup kişi müştəriləri məmnun etməkdən yorulmaq bilmədiyini deyir. O, qədim peşədən təqaüdə çıxmaq niyyətində olmadığını söyləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, “Channel 4”  telekanalı onun haqda  “Nənəm eskort işləyir” adlı sənədli film çəkib. O, qeyri-adi karyerası haqda bunları deyib: “Əsas səbəb seksi sevməyimdir. Seks haqda düşünəndə belə özümü yaxşı hiss edirəm”.

 

3 övlad, 3 nəvə və iki nəticəsi olan Şeyla 4 il öncə, 81 yaşında fahişəliklə məşğul olmağa başlayıb. O, deyib ki, 2004-cü ildə əri öləndən sonra kişi diqqəti qıtlığı hiss edib.

 

Şeylanı bu yaşında üç qızından biri dəstəkləyir. 2010-cu ildə övladları Şeylanın saatı 400 dollara fahişə işlədiyini eşidən də şoka düşüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10216

Oxşar yazılar