Müğənni Vəfa Şərifova, Mənzurə Musayeva
09 iyun 2021 14:39 (UTC +04:00)

Müğənni Vəfa Şərifova, Mənzurə Musayeva

Vəfadan Mənzurəyə AĞIR SÖZLƏR: "Ayıb olsun, yanımda başı aşağıdır" - VİDEO

Müğənni Vəfa Şərifova həmkarı Mənzurə Musayeva haqqında qalmaqallı açıqlamalar verib.

Lent.az-a açıqlama verən V.Şərifova M.Musayevanın “Duet oxuyanlar bir-biri ilə sevgilidir”, - sözlərinə münasibət bildirib:

“Mən Aqşin Fatehlə, İfratla duet oxumuşam. Heç kim mənə o sözü deyə bilməz. Ayıb olsun, o sözü deyənlərə. Ayıbdır, insan o sözü necə dilinə gətirə bilər ki? Ümumiyyətlə, adam ümumi danışmamalıdır. Mən heç zaman ümumi danışa bilmərəm. Üç-beş adam belədirsə, hamı elə deyil.

Mən Tacir Şahmalı oğlu ilə də sevgili olmamışam. Mən onun tələbəsi olmuşam. O mənə sənət verib. 

Gündəmə gəlmək üçün axırıncı yollara əl atırlar. Beş günlük gündəm üçün kiminsə qəlbini niyə qırırsan? Məni bu şou aləmində heç kim susdura bilməz. Bu şou-biznesdə hamının yanında başım dikdir. Amma çoxlarının mənim yanımda başı aşağıdır”. 

Qeyd edək ki, M.Musayevanın “Duet oxuyanlar bir-birləri ilə sevgilidir” açıqlamasına görə Manaf Ağayevlə də aralarında qalmaqal olmuşdu.

Lent.az-a açıqlamasında M.Ağayev həmkarı haqda bu sözləri demişdi:

“Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”. 
 

Müğənni Vəfa Şərifova, Mənzurə Musayeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13477

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53