Müğənni Vəfa Şərifovanın həmkarı Vüsal Əliyevlə arası dəyib.
Lent.az-ın xəbərinə görə, buna səbəb Vüsal Əliyevin Vəfaya birlikdə oxuduqları və böyük populyarlıq qazanmış “Ömrüm” mahnısını qadağan etməsi olub.
Vüsal Əliyev Vəfa Şərifovadan bu mahnını bir daha tək oxumamağı, Vəfa Şərifova isə mahnının “YouTube” platformasından silinməsini tələb edib. Vüsalın qəzəblənməsinə səbəb Vəfanın onunla birlikdə Türkiyəyə konsert verməyə getmək istəməməsi olub.
Qeyd edək ki. Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə də mahnı qalmaqalı yaşayıb.