Vasif Məhərrəmlini polisə verirlər - BU SÖZLƏRİNƏ GÖRƏ
04 may 2022 11:18 (UTC +04:00)

Vasif Məhərrəmlini polisə verirlər - BU SÖZLƏRİNƏ GÖRƏ

Əməkdar artist Vasif Məhərrəmlinin dələduzluqda ittiham etdiyi “Qurd Qapısı” restoranı açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, ifaçının yaydığı videosunun altına restoran rəhbərliyi bu sözləri qeyd edib: “Tərbiyəli insanlarıq. Bizi “Kişi deyilsiz” sözü ilə təhqir etdiniz. Buna görə də sizi polisə şikayət edəcəyik”. 

Digər işçilərdən biri isə “110 manat hesab üçün belə edirsən”, - sözlərini yazıb. 

Qeyd edək ki, V.Məhərrəmli mayın 3-dəki açıqlamasında bu sözləri demişdi: "Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7137
avatar

Yalçın UĞUR

Oxşar yazılar