Xalq artisti Tünzalə Ağayeva, həyat yoldaşı Rəhman Əliyev
12 aprel 2021 17:20 (UTC +04:00)

Xalq artisti Tünzalə Ağayeva, həyat yoldaşı Rəhman Əliyev

Tünzalə Ağayeva keçmiş əri barədə NƏLƏR DEMƏDİ... - VİDEO

Xalq artisti Tünzalə Ağayeva keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni "Dəyişən cavab" verilişində həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb:

"Onun dəstəyini heç vaxt dana, haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis deyə bilmərəm. Hər birimizin xətası var. Yeddi il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, o demək deyil, biri yaxşı, digəri pisdir. Birinin beyni qabağa gedir, digəri yerində qalıb. Məndə belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın iki yaşı var idi. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. İki-üç il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, "hər şey gözəldir" deyirdim. Efirdə ağlamağı bacarmıram. 

Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Bir tərəfdə uğur var idi. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. Albomlarım uğur qazanırdı. O illərdə Tünzalə Ağayeva ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. "Mənlə yaşamırdısa, həyat məhv olmalıdı" deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi".

Xalq artisti Tünzalə Ağayeva, həyat yoldaşı Rəhman Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11163
avatar

Yalçın UĞUR

Oxşar yazılar