Tarixdə  İLK:   71 yaşlı qadın  gözəllik yarışmasına  qatıldı
24 iyun 2024 12:57 (UTC +04:00)

Tarixdə İLK: 71 yaşlı qadın gözəllik yarışmasına qatıldı

Tarixdə ilk dəfə olaraq 71 yaşlı qadın gözəllik yarışmasında iştirak edir.

71 yaşlı qadın gözəllik müsabiqəsinin ən yaşlı iştirakçısı kimi tarixə düşəcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Marissa Teijo ötən həftə sonu Hyustonda Miss Texas ABŞ müsabiqəsində yarışan digər iştirakçılara qoşulub. Qalib Texası Miss USA müsabiqəsində təmsil edəcək.

Miss Universe Təşkilatı bu yaxınlarda qaydaları daha əhatəli etmək üçün dəyişib. 18 yaşdan yuxarı müsabiqə iştirakçıları üçün yaş məhdudiyyətlərini aradan qaldıraraq, evli, boşanmış və hamilə qadınların iştirakına icazə verib.

71 yaşlı El Paso sakini "Instagram" səhifəsində yarışmaqdan həyəcanlandığını və bunun "qadınları fiziki və əqli cəhətdən ən yaxşısı olmağa və hər yaşda gözəllik olduğuna inanmağa ruhlandıracağına" ümid etdiyini yazıb.

Miss Texas müsabiqəsi cümə günü başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar