Tanınmış iranlı repçi  EDAM oluna bilər
28 noyabr 2022 13:15 (UTC +04:00)

Tanınmış iranlı repçi EDAM oluna bilər

Tanınmış iranlı repçi Tumac Salehi ölkəsindəki etirazlara dəstək verdiyi üçün ölüm ilə hədələnib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçı oktyabr ayında hakimiyyəti tənqid etdikdən və Məhsa Əmininin ölümü ilə bağlı etirazları açıq şəkildə dəstəklədikdən sonra həbs edilib. 

Musiqiçinin yaxınları bildiriblər ki, məhkəmə Tumacı “Allaha qarşı üsyan” və başqa maddələrlə ittiham edib. Bu ittihamlar ölüm və sonradan edamla cəzalandırılır. Bundan başqa, bildirilir ki, repçiyə şəxsi vəkil tutmaq qadağan olunub.

İranda iki aydan çoxdur davam edən etirazlarda həbs olunanların sayı 20 minə yaxınlaşır. 

# 2109
avatar

Nigar Namiq

Oxşar yazılar