Səyahət edənlərə məsləhət:  Təyyarədə bu şeyləri etməyin
22 avqust 2025 17:12 (UTC +04:00)

Səyahət edənlərə məsləhət: Təyyarədə bu şeyləri etməyin

Təyyarə pilotu sərnişinlərə bəzi əşyalarını oturacaqların arxa cibində saxlamağı tövsiyə etmədiyini bildirib. Tətil mövsümü ərəfəsində aviaşirkət pilotlarından biri TikTok-da uçuş zamanı sərnişinləri potensial problemlərdən qoruyacaq faydalı məsləhət paylaşıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, səyahət məsləhətləri ilə tanınan kapitan Stiv bildirib ki, sərnişinlərin oturacaq arxa ciblərində qoyub unutduqları əşyalar demək olar ki, həmişə itib gedir. O vurğulayıb ki, hətta enişdən dərhal sonra itkinin fərqinə varsalar belə, əşyaları geri qaytarmaq ehtimalı hər dəqiqə ilə azalır.

Pilotun sözlərinə görə, oturacaq ciblərində çox vaxt sənədlər, kitablar, qurğular, eləcə də eynək və ya bilet kimi kiçik, amma dəyərli əşyalar unudulur. Təyyarələr növbəti reysə tez hazırlandığı üçün unudulmuş əşyaları tapmaq demək olar ki, mümkün olmur.

Kapitan Stiv sərnişinlərə xəbərdarlıq edərək deyib: “Şəxsi əşyalarınızı oturacaq arxa cibinə qoymağı dayandırın. Əgər belə etməyə davam etsəniz, onları birdəfəlik itirəcəksiniz.”

Onun məsləhətindən sonra izləyicilər də öz təcrübələrini bölüşüblər. Bir qadın müəlliməsinin cibdə yoxlama işlərini unutduğunu və nəticədə bütün sinfin əla qiymət aldığını yazıb. Başqa bir izləyici isə orada Kindle cihazını itirdiyini etiraf edib. Digər biri isə cibdə unutduğu kitab səbəbindən aylarla sevimli əsərini yenidən oxuya bilmədiyini deyib.

Bu xəbərdarlıq stüardessanın qeyri-adi məsləhəti ilə də üst-üstə düşüb. O, sərnişinlərə təyyarə tualetlərində əllərini yuyub risqə getməməyi, bunun əvəzinə antiseptik istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, lavabolardakı su bakteriyalarla çirklənmiş ola bilər və lavabolar bəzən təyinatı üzrə istifadə edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar