Türkiyənin məşhur aktrisası Sinem Kobalın sualtı pozlarına yorumlar yağıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kənan İmirzalıoğlu ilə xoşbəxt ailə quran və iki qızı olan Sinem Kobal su altında çəkdirdiyi pozları sosial media hesabında yayımlayıb. Qısa müddətdə minlərlə bəyənmə toplayan məşhurun paylaşımı izləyicilərinin şərhləri ilə dolub.
36 yaşlı aktrisanın su altında çəkdirdiyi anları meduza emojisi ilə yayımlayıb. Kobal qısa müddət ərzində 27 mindən çox bəyənmə toplayıb.