Müğənni Mənzurə Musayeva , Əməkdar artist Cavanşir Məmmədov
15 iyul 2021 16:34 (UTC +04:00)

Müğənni Mənzurə Musayeva , Əməkdar artist Cavanşir Məmmədov

"Səyyadla Mətanət sevgili olub" - Cavanşirlə Mənzurə QALMAQALI

Müğənni Mənzurə Musayevanın söylədiyi “Duet oxuyanlar sevgilidir” sözləri qalmaqala səbəb olub.

Lent.az-ın məlumatına görə, Əməkdar artist Cavanşir Məmmədov Mənzurənin fikirlərinə kəskin reaksiya verib:

"Öz gözlərində tir görməyənlər başqa gözlərdə mil axtarırlar. Prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Elə danış ki, quyuya özün düşə bilərsən. Durub deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub.

Onun ailəsində niyə söz-söhbət yaradırsan? Utanmırsan? Uşaqsan? Adama bir dəfə, iki dəfə deyərlər. Kimsə sənin haqqında bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdın ki, sizdən danışmıram.

Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq".
Mənzurə də “Xəbər ətər” verilişində Cavanşirə cavab verib: "Kim ona deyir öz üzərinə götür. İşi bilənlər bilir. Ağ kağızam, ləkə götürmərəm. Mənim haqqımda heç kim heç nə deyə bilməz. Cavanşir uşaq deyil, hər şeyi qəşəng bilir. Olanları demək eyib deyil. Sən niyə özünə götürürsən ki? Mən demişəm 80 faiz sevgilidir. Sən qal 20 faizin içində". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11118
avatar

Yalçın UĞUR

Oxşar yazılar