Türkiyəli məşhur müğənni Serdar Ortaca şou-proqramlardan birində sürpriz edilib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, studiyaya onun oxşarı çağırılıb.
Geyim tərzi, boyu, bədən forması və üz cizgiləri ilə ulduza çox bənzəyən həmin şəxslə qucaqlaşan Sərdar ona tövsiyə verib.
“Bax qardaşım, mən olmaq asan iş deyil. Heç gözəl iş də deyil. Ümid edirəm, bu çətinliyin öhdəsindən gələcəksən. Sən sən ol, özünü itirmə, mənim etdiyim səhvlərə sən də yol vermə” - o deyib.
Sərdar Ortacın oxşarının bərbər olduğu bildirlib.Telekanala qonaq gələn bərbər Sərdara o qədər bənzəyib ki, onu ulduz müğənni ilə dəyişik salaraq, yanlışlıqla Sərdarın otağına dəvət ediblər.