Selena Qomez milyarder oldu
07 sentyabr 2024 11:29 (UTC +04:00)

Selena Qomez milyarder oldu

Müğənni və aktrisa Selena Qomez rəsmən milyarder olub. Aktrisa təkcə filmlərdə və seriallarda fəal rol oynamır, həm də kosmetika brendinin sahibidir.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, onun şəxsi biznesi sayəsində mümkün olub: 32 yaşlı Qomez digər məşhurlarla fəal əməkdaşlıq edən kosmetika brendi olan “Rare Beauty Brands Inc”in sahibidir. Ulduzun sərvəti hazırda 1,3 milyard dollar qiymətləndirilir.

Xatırladaq ki, 2024-cü ilin may ayında Selena Qomez Kann Film Festivalında iştirakı ilə “Emiliya Perez” filmini təqdim etmişdi. Filmin aldığı 9 dəqiqəlik alqışlara görə aktrisa göz yaşlarına boğulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar