Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsinin ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Vüsal Cahangir oğlu Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 1966-cı il təvəllüdlü Nailə Bəhrəm qızını Hüseynovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş N.Hüseynova orada ölüb.
Araşdırmalar aparılır.