"İnter"in müdafiəçisi Françesko Acerbinin həyat yoldaşı çimərlik geyimində özünü göstərib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Klaudiya 1987-ci il iyulun 7-də anadan olub. Yayda 38 yaşı tamam olub və o, Françeskodan altı ay böyükdür.
Klaudiya hüquq təhsili alıb. O, uzun müddət vəkil işləyib.
Klaudiya və Françesko 2020-ci ildə çimərlikdə tanış olublar.
"Bəli, çimərlikdə! Çesko qeyri-adi heç nə etmədi: o, özü olub, gülərüz və səmimi oğlan idi. Və bu, məni özünə cəlb etdi! İlk görüşümüzdən bəri onunla bir saniyə belə ayrılmaq istəmədim", - qız söyləyib.