Müğənni Bricit Bardonun keçmiş əri, aktyor Jak Şarrye  vəfat edib
05 sentyabr 2025 15:25 (UTC +04:00)

Müğənni Bricit Bardonun keçmiş əri, aktyor Jak Şarrye vəfat edib

0

Fransız aktyoru, kino prodüseri və rəssam Jak Şarrye, aktrisa və müğənni Bricit Bardonun keçmiş əri, vəfat edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi 3 sentyabr axşamı, 88 yaşında, Bretan bölgəsinin Sen-Briak-sür-Mer şəhərində dünyasını dəyişib.

Onun aktyorluq karyerası 1956-cı ildə başlayıb. 1958-ci ildə Loran Terzieff və Jan-Pol Belmondo ilə birlikdə çəkildiyi “Aldadanlar” filmi sayəsində tanınıb. Bir ildən sonra Bricit Bardo ona Kristian-Jakın filmi “Babetta müharibəyə gedir”-də rol təklif edib. Elə həmin filmdən sonra sənətçilər evləniblər.

Şarrye, həmçinin “Flirt edənlər”, “Yeddi ölümcül günah”, “Karmen 63”, “Yaradılışlar” və digər bir sıra filmlərdə də rol alıb. O, həmçinin tarixi dram janrında çəkilmiş “Santyaqoda yağış yağır” filminin də prodüserlərindən olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar