“Şehrazat rolu məndə travma yaratdı” - Bergüzar Korel
06 avqust 2024 15:39 (UTC +04:00)

“Şehrazat rolu məndə travma yaratdı” - Bergüzar Korel

“Min bir gecə” serialındakı Şehrazat rolu məndə travma yaratdı. Mən məşhurluq qorxusu yaşadım”.
Bu fikirləri türkiyəli aktrisa bergüzar Korel qatıldığı proqramlardan birində səsləndirib.
Aktrisa anidən gələn şöhrətin ona pis təsir etdiyini deyib.

“Mənimlə eyni yaşda olan aktyorlar, aktrisalar  tədricən tanınmış, şöhrəti zərrə- zərrə toplamışdılar. Mən isə bir gecədə məşhurlaşdım. Filmin efirə getdiyi günün səhəri mən yuxudan məşhur kimi oyandım. Bunun fərqində deyildim. Ticarət mərkəzinə getmişdim, alış - veriş edəcəkdim. Yüzlərlə insan üstümə axışdı, foto çəkdirmək, avtoqraf almaq istəyən yüzlərlə insanın maraqlı baxışları altında çaşqınlıq yaşadım. Bu serial, şöhrət mənə travma verdi, küçəyə çıxmağa qorxdum”,- deyə o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11841
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar