Ramiz Əzizbəyli dəfn edildi -FOTO -VİDEO -YENİLƏNİB
10 iyun 2021 13:15 (UTC +04:00)

Ramiz Əzizbəyli dəfn edildi -FOTO-VİDEO-YENİLƏNİB

Xalq artisti Ramiz Əzizbəyli dəfn edilib.

Lent.az xəbər verir ki, R. Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib.

O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

saat 11:12

Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilir. 

Mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Lent.az Xalq artistinin evinin qarşısından video təqdim edir.

***

saat 10:43

Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Lent.az xəbər verir ki, bu barədə mərhumun ailəsindən açıqlama verilib. 

***

saat 09:45

İyunun 9-da dünyasını dəyişən Xalq artisti, rejissor Ramiz Əzizbəyli ilə vida mərasimi evində keçiriləcək.

Bu barədə Lent.az-a Xalq artistinin həyat yoldaşı bildirib: “Hələ harada dəfn ediləcəyini bilmirik. Biz də xəbər gözləyirik. Vida mərasimi evdən başlayacaq”. 

Qeyd edək ki, Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.
O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
"Azərbaycanfilm" kinostudiyasında işləyib.
1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.
1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14290

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39