Plastik əməliyyatdan sonra ölən fenomenin əri:  “Övladlarıma nə deyim?”
29 dekabr 2024 09:57 (UTC +04:00)

Plastik əməliyyatdan sonra ölən fenomenin əri: “Övladlarıma nə deyim?”

Plastik əməliyyatdan sonra dünyasını dəyişən sosial media fenomeninin əri İskender Özkan həkimi günahlandırdı.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanadan və Dr. O-nun ona dediyinə görə, bu hadisənin günahkarı həkim Murat Açardı.

İskender Özkan və Neşe Özkan

O qeyd edib ki, arvadı həkim səhlənkarlığı nəticəsində ölüb.

Belə ki, sosial mediada geniş pərəstişkarları olan iki uşaq anası Neşe Özkan plastik əməliyyatdan sonra dünyasını dəyişib. O, əvvəlcədən ürəyində dəlik olduğunu açıqlayıb. Buna baxmayaraq qadın yenə əməliyyat olunub. Neşe Özkanın əri İsgəndər Özkan bununla bağlı məhkəmə prosesini başlatdığını açıqlayıb.

Neşe Özkan

Bursada yaşayan və 5 il əvvəl İskender Özkanla ailə quran iki uşaq anası Neşe Özkan bir televiziya kanalının yarışma proqramında təqdimatda yemək bişirmə bacarığı və özünəməxsus üslubu ilə diqqət çəkib.

Proqramdan sonra paylaşımları ilə sosial media fenomeninə çevrilən Özkan ötən gün Qaziosmanpaşadakı özəl xəstəxanalardan birində qarın gərmə və döş kiçiltmə əməliyyatı keçirib. 5 saat davam edən əməliyyatdan sonra oyanma üçün aparılan  Neşe Özkan nəfəs darlığı şikayətləri ilə yenidən reanimasiya şöbəsinə yerləşdirilib. Lakin Ürəyinin dayandığı iddia edilən Özkanı xilas etmək mümkün olmayıb.

İskender Özkan və Neşe Özkan

Ürəyində dəlik olduğu üçün 17 yaşında müalicə aldığı öyrənilən Neşe Özkanın böyük qardaşı Mövlud Başçı da bacısının ölümündə xəstəxanada səhlənkarlıq olduğunu iddia edib.

Neşe Özkan

Neşe Özkanın əri İskender Özkan bu sözləri ürək dağlayıb:

"İki balaca övladımız var. Analarının öldüyünü onlara necə deyəcəyimi düşünürəm".

İskender Özkan və Neşe Özkan

Neşe Özkan

Neşe Özkan

İskender Özkan və Neşe Özkan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Cavidan HUN

Oxşar yazılar