Özgün Amal tanınmaz halda - Yeni filmə çəkilir
12 iyul 2024 13:52 (UTC +04:00)

Özgün Amal tanınmaz halda - Yeni filmə çəkilir

Türk aktrisa Özgü Namal yeni film layihəsi üçün imicini dəyişib.

 Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa yeni çəkiləcəyi “Sarı zarflar” filminə çəkilmək üçün saçlarını qısaltdırıb və sarı rəngə boyadıb.

Aktrisanı yeni imici ilə görənlər onu tanımaqda çətinlik çəkib.

Aktrisa Özgü Namal 2020-ci ildə əri Ahmet Serdar Oralın ölümündən sonra Muğlanın Köyceğiz  kəndindəki fermer təsərrüfatını ləğv edərək, uşaqları ilə birlikdə İstanbulda məskunlaşıb.

Uzun müddət  ekranlardan uzaq qalan aktirsa  “Kızıl qoncalar” serialı ilə yenidən tamaşaçı rəğbəti qazandı. Serialın sezon finalına çıxmasını fürsət bilən aktrisa bir bədii  filmə çəkilməyə razılıq verib.

Rejissor İlker Çatakın çəkdiyi "Sarı Zərflər" filmində baş rolu canlandıracaq Namal imicini dəyişərək uzun qara saçlarını qısaltdıraraq sarışına boyatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4665
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar