Mustafa Sandalın 3-cü uşağı olur? - AÇIQLAMA
27 oktyabr 2023 10:59 (UTC +04:00)

Mustafa Sandalın 3-cü uşağı olur? - AÇIQLAMA

Türkiyəli məşhur müğənni Mustafa Sandal ötən gecə həyat yoldaşı Melis Sandal ilə Arnavutköydə görüntülənib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Mustafa Sandal jurnalistlərin suallarını cavablandırarkən yenidən ata olmaq istəmədiyini bildirib:

"Yox, yox, elə vaxtında oldum. Düşünürəm ki, ata olmaq üçün təcrübə lazımdır. Mənim iki oğlum var və yenidən ata olmaq fikrim yoxdur".

Qeyd edək ki, Mustafa Sandal və Melis Sütşurup ötən il iyunun 3-də İtaliyanın paytaxtı Romada evləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3767

Oxşar yazılar