“Amerikanın Səsi”nin 600-dən çox əməkdaşı  işdən çıxarıldı
21 iyun 2025 16:57 (UTC +04:00)

“Amerikanın Səsi”nin 600-dən çox əməkdaşı işdən çıxarıldı

Tramp administrasiyası ABŞ hökumətinə məxsus, beynəlxalq səviyyədə yayımlanan media orqanı “Amerikanın Səsi”nin 600-dən çox əməkdaşına işdən çıxarılması barədə bildiriş göndərib.

Lent.az xarici mediaya istinadla bildirir ki, işçilər müqavilələri rəsmi olaraq sentyabrın 1-də başa çatana qədər ödənişli məzuniyyətə buraxılıblar. Təşkilatın işçi qüvvəsi təxminən 200 nəfərə qədər azalacaq ki, bu da 2025-ci ilin əvvəlindəki göstəricinin təxminən yeddidə biri deməkdir.

Prezident Tramp, “Amerikanın Səsi”ni hələ mart ayında “antiamerikan” və “təbliğat” gündəmini yaymaqda günahlandırıb. O, 1942-ci ildən bəri ilk dəfə olaraq agentliyin fəaliyyətini faktiki olaraq dayandıran bir sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324

Oxşar yazılar