“Fordo artıq yoxdur.”
Lent.az-ın “BBC”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirdikən sonra özünün “Truth” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, gecə ərzində ABŞ B-2 görünməz bombardmançıları vasitəsilə İranın Fordo nüvə obyektinə zərbə endirib.