Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq
22 iyun 2025 13:59 (UTC +04:00)

Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq

“Real” tezliklə komandanın liderlərindən biri, braziliyalı Vinisius Juniorla əmək müqaviləsini yeniləyəcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Madrid klubu artıq 24 yaşlı futbolçu ilə əməkdaşlığın uzadılmasına dair razılığa gəlib. Onun Madrid komandası ilə yeni müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyri-rəsmi məlumata görə, futbolçunun maaşı növbəti mövsümlərdə daha da artırılmaqla 20 milyon avro olacaq.

Braziliyalının “Real”da hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Ötən mövsüm Vinisius "Real"ın heyətində bütün turnirlərdə 52 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar