Mustafa Sandal MƏHKƏMƏLİK OLDU
20 sentyabr 2023 11:28 (UTC +04:00)

Mustafa Sandal MƏHKƏMƏLİK OLDU

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal məhkəməlik olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun keçmiş həyat yoldaşı Emina Yahoviç tərəfindən məhkəməyə verildiyi bildirilir.

Boşanma protokoluna görə, Sandal avtomobil verməli olub. Bu avtomobil Emina Yahoviç və uşaqlarının ehtiyacları üçün nəzərdə tutulub.

Mustafa Sandal boşanma protokolunu imzaladıqdan sonra əvvəlcə üzərinə düşən öhdəliyi yerinə yetirib və Emina Yahoviçə maşın verib. İddialara görə, Mustafa Sandal pandemiya dövründə bu avtomobili keçmiş arvadından zorla geri alıb. Buna görə də Emina onu məhkəməyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003

Oxşar yazılar