Murad Arifə Nahidə Babaşlıdan CAVAB: "Azərbaycanda niyə keçirilməsin ki?"
02 dekabr 2022 17:07 (UTC +04:00)

Murad Arifə Nahidə Babaşlıdan CAVAB: "Azərbaycanda niyə keçirilməsin ki?"

Bəstəkar-müğənni Murad Arifin dünən Bakıda keçirilən "Altın Kelebek" mükafatlarına aid paylaşdığı sərt fikirlər birmənalı qarşılanmayıb. 

Lent.az xəbər verir ki, ifaçı "Altın Kelebek"i ciddi tənqid edib:

"Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, ilin filmi, ilin mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki "saç" seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyatı olmayan adamları “soxuşdurmaq?!"

Zənnimcə, mən də, Hiss də, konkret bir məsələyə aidiyyatı olmayan bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədir?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”.

Bu fikirlərə münasibətini bildirmək üçün keçən il "Altın Kelebek"də namizəd olmuş müğənni Nahidə Babaşlı ilə əlaqə saxladıq. İfaçının Azərbaycandakı prodüseri Rasim Amanov Lent.az-a bildirdi ki, o, bəstəkarın "qazanc yeri" məsələsi üzərindən söylədiyi fikirlərini qəbuledilməz hesab edir:

"Biz keçən il müsabiqədə iştirak edəndə tədbirin əvvəlindən sonuna kimi, nə hansısa məbləğ tələb etmişik, nə də pul istəyiblər. Həmçinin, bu, bizimlə bərabər orada iştirak edən azərbaycanlı müğənnilərə də aiddir. Mükafatı almağımıza da fanat kütləsinin sevgisi olub. Onu da bildirmək istəyirəm ki, Murad bəylə çox yaxşı münasibətlərimiz var.

Düzdür, şəxsi fikridir, ancaq maddiyyat üzərindən söylədiyi fikirlər qəbuledilməzdir. Onsuz da bu, həvəsləndirici mükafat kimi gənc ulduzlara təqdim olunur. Hətta namizədlər azdır.

Niyə Azərbaycanda keçirilməsin ki? Azərbaycanın xalq artistləri Aygün Kazımova və Röya mükafat alandan sonra gənclərin də mükafatlandırılmasına üstünlük verildi. Keçən il gənclər arasında ilk qalib Nahidə xanım oldu. Ümid edirik ki, bu il də layiqli olan qazanar".

Nahidə Babaşlı bundan başqa, Türkiyədə bəzi məşhurların "Altın Kelebek"ə qatılmaqdan imtina etməsindən söz açıb:

"Təbii ki, o, normal haldır. Bərabər səviyyədə reytinqi olan müğənnilər, aktyor və aktrisalar, məşhur simalar çoxdur. Onların eyni mükafat uğrunda mübarizə aparmaqları düzgün deyil. Ona görə imtina etməkləri təəccüblü hal deyil. Azərbaycanda imtina etməyə tutarlı səbəb də yoxdur. Bu tədbirin, konsertin üzərindən "Pantene" Azərbaycandan hansısa qazanc əldə etmir. "Pantene" yalnız reklamdan qazana bilir".

Qeyd edək ki, dekabrın 4-də Türkiyədə keçiriləcək "Altın Kelebek"in tədbirində Azərbaycanı aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilərdən isə Ayaz Babayev və Nəzrin təmsil edəcək. 

# 13461
avatar

Nigar Namiq

Oxşar yazılar

Hiss:  "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

Hiss: "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

4 fevral 2023 , 17:15
Aktrisa:  "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

Aktrisa: "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

4 fevral 2023 , 13:25
Bu da Nura Surinin estetiksiz  HALI - FOTO

Bu da Nura Surinin estetiksiz HALI - FOTO

4 fevral 2023 , 10:55
Burak Denizlə ayrılan model görün, özünə NƏ ETDİ?  - VİDEO

Burak Denizlə ayrılan model görün, özünə NƏ ETDİ? - VİDEO

3 fevral 2023 , 19:46
Pornoqrafiya ilə məşğul olan  polis   İŞDƏN QOVULDU

Pornoqrafiya ilə məşğul olan polis İŞDƏN QOVULDU

3 fevral 2023 , 19:34
Silvestr Stallonedən YENİLİK:  Ailəsi ilə...

Silvestr Stallonedən YENİLİK: Ailəsi ilə...

3 fevral 2023 , 19:22
 Pedofiliyaya görə   tutulan müğənni AZADLIQDA

Pedofiliyaya görə tutulan müğənni AZADLIQDA

3 fevral 2023 , 19:10
Şou-biznesin səs-küylü  QALMAQALLARI:   Təhqirlər, söyüşlər...

Şou-biznesin səs-küylü QALMAQALLARI: Təhqirlər, söyüşlər...

3 fevral 2023 , 18:57