Möhtəşəm "Beatles" haqqında film  çəkiləcək
21 fevral 2024 19:24 (UTC +04:00)

Möhtəşəm "Beatles" haqqında film çəkiləcək

Qrupun hər bir üzvünə xüsusi diqqət yetirilməklə, möhtəşəm "Beatles"in dördülüyü haqqında bioqrafik çəkiləcək. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə söhbət Pol Makkartni, Con Lennon, Corc Harrison və Rinqo Star haqqında dörd biopikdən gedir.

Sem Mendesin ərsəyə gətirəcəyi filmlərin kinoteatrlarda innovativ şəkildə nümayişi gözlənilir, filmlərin kinoteatrlarda bir yerdə olması və ya kəsişməsi ehtimalı var. Dəqiq buraxılış planları daha sonra elan ediləcək. Sony Pictures onları 2027-ci ildə buraxmağı planlaşdırır.

Mendes açıqlamasında deyib: "Bütün zamanların ən böyük rok qrupunun hekayəsini danışmaqdan şərəf duyuram və kinoya gedənlərin maraqda saxlamaqdan məmnunam".

Prodüser Pippa Harris isə deyib ki, bunun unikal immersiv və epik kinematik təcrübə olmasını istəyilər: "Dörd fərqli nöqteyi-nəzərdən izah edilən dörd film, bütün zamanların ən məşhur qrupu haqqında bir hekayə".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3858
avatar

Fidan İlqar

Oxşar yazılar