Model 118 səbəbə görə  uşaq sahibi olmaq istəmir
25 may 2024 19:47 (UTC +04:00)

Model 118 səbəbə görə uşaq sahibi olmaq istəmir

Avstraliyalı model uşaq sahibi olmaq istəməməsinin səbəbini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı model Elli Qonsalves uşaq istəməməsinin bütün 118 səbəbinin siyahısını paylaşanda onu boş, eqoist və hətta “yararsız ana” adlandırıblar.

"İnsanlar uşaqlara nifrət etdiyimi düşünür. Ancaq mən bacım və qardaşım oğlunu qucaqlamağı sevirəm. Mən şirin uşaqları sevirəm" deyə model Stellara bildirib. "Facebook" və "İnstagram"da beş milyon izləyicisi olan 33 yaşlı qadın ötən ilin noyabrında sosial şəbəkədə siyahını dərc edərkən cəmiyyətin analığa baxışları ilə bağlı geniş müzakirələrə səbəb olub.

"İllərcə niyə uşaq istəmədiyimi soruşduqdan sonra bu siyahını hazırladım, çünki həmişə qısa izahatın cəlbedici və ya kifayət qədər aydın olmadığını hiss etdim" deyə model bildirib. Səbəblər arasında o, hamiləlik zamanı saç tökülməsini, dünyanın həddindən artıq təhlükəli hal almasını və uşağın serial qatilinə çevrilə biləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5568
avatar

Fidan İlqar

Oxşar yazılar