Məşhur xanım ULDUZ  sevgilisinə milyonlar xərcləyir
14 avqust 2025 12:02 (UTC +04:00)

Məşhur xanım ULDUZ sevgilisinə milyonlar xərcləyir

Hər ikisi uğursuz evliliklərdən sonra sanki sevgidən soyumuşdu. İllərlə qəlbini boş saxladı, yanında heç kim olmadı. Pərəstişkarları onun təkbaşına yaşlanacağından qorxarkən, bir anda yeni sevgilisi ilə ortaya çıxdı. Belə olunca, uzun illər sonra yenidən aşiq olduğunu görən pərəstişkarları çox sevindi. Ancaq pərəstişkarları nə qədər xoşbəxtdirsə, yaxın dostları bir o qədər narahat qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Jennifer Aniston bir müddətdir görüşdüyü yeni sevgilisi Jim Curtis üçün səxavətli davranır. Hipnoterapiya yəni hipnozla müalicə üzrə mütəxəssis olan və kitablar da yazan Jim Curtis, məşhur “Friends” serialının ulduzunun həyatına qəfil daxil oldu və ikilinin münasibəti sürətlə irəliləməyə davam edir. 56 yaşlı gözəl aktrisanın sevgilisini təsirləndirmək üçün şəxsi təyyarə və lüks yaxtalar kimi şeylərə böyük pullar xərclədiyi danışılır. Milyonlar xərclənir.

49 yaşlı Jim Curtisin isə hələ cibinə əl atmadığı, kredit kartlarından istifadə etmədiyi və hər şeyi Jennifer Anistonun ödəməsindən məmnun davrandığı iddia olunur. Məşhur hipnozçunun maddi baxımdan çətinlik çəkməyəcək qədər varlı olduğu deyilir. Onsuz da istəsə belə, şəxsi sərvəti 320 milyon dollar olan Jennifer Anistonun sərvətinə yaxınlaşması mümkünsüz görünür. Dostları məşhur aktrisanın uzun illər sonra ilk dəfə aşiq olunca, yaxşı tanımadıqları bir kişiyə bağlanmasından və sərvətini onun ayaqları altına sərməsindən ehtiyat edir. Jennifer Aniston bir müddətdir Jim Curtis ilə birgədir və ikili müxtəlif görüşlərdə, tətillərdə birlikdə görüntülənir. Hətta Aniston Jim Curtisi bəzi yaxın dostları ilə də tanış edib və birlikdə yeməyə çıxıblar. Brad Pitt ilə evliliyi və bu evliliyin Pittin Angelina Jolie ilə yaşadığı eşq səbəbilə bitməsi hələ də danışılan Jennifer Aniston daha sonra Justin Theroux ilə ailə qurmuş, bu evlilik isə üç il içində, 2018-ci ildə sona çatmışdı.

Yıllar sonra kalbi yeniden aşka düştü… Yeni sevgilisi için kesenin ağzını açtı… Dostları endişeli: Bırak biraz da adam elini cebine atsın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar