Məşhur “TikTok” bloqeri İtaliya vətəndaşlığını aldı - FOTO
19 avqust 2022 06:57 (UTC +04:00)

Məşhur “TikTok” bloqeri İtaliya vətəndaşlığını aldı - FOTO

Çəkilişlərində bəsit bir şeyi mürəkkəb formada göstərən başqa videoların necə məntiqsiz olduğunu göstərən və buna səssiz reaksiyalar verərək videoya çəkən ən məşhur “TikTok” bloqeri Khabi Lame İtaliya vətəndaşlığını alıb. 

Lent.az xəbər veririr ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Sosial şəbəkələrdə 150 milyon izləyicisi olan 22 yaşlı bloqer Seneqalda doğulsa da bir yaşında ailəsi ilə birlikdə İtaliyaya köçüb. Bloqqer deyir ki, özünü həmişə italyan kimi hiss edib.

Lamenin böyüdüyü Turin yaxınlığındakı Çivassoda rəsmi olaraq İtaliya vətəndaşlığını aldığı mərasim keçirilib.

2020-ci ildə Khabi Lame koronavirus pandemiyası səbəbindən Çivasso fabrikindəki işini itirdikdən sonra "TikTok"-da çəkilişlərə başladı.

Bu müddət ərzində nə edəcəyini bilməyən o, bir neçə video yayımlamaq qərarına gəldi və özünün absurd hesab etdiyi hadisələrə sadə mimika və sakit reaksiyalar sayəsində tez bir zamanda populyarlıq qazandı.
 

# 2103
avatar

Oxşar yazılar