Anastasiya Reşetova
07 oktyabr 2021 11:18 (UTC +04:00)

Anastasiya Reşetova

Məşhur reperin keçmiş sevgilisi İslam dinini qəbul etdi

Anastasiya Reşetova tez-tez mikrobloqunun abunəçiləri ilə əlaqə saxlayır.

Bu dəfə izləyicilər onun müsəlman olub-olmadığını soruşublar.

Qız səmimi cavab verib. Həqiqətən İslamı qəbul etdiyini etiraf edib. Ancaq reperin keçmiş sevgilisi abunəçilərlə din mövzusunu müzakirə etmək istəmir.
"Bəli. Bir müddət bu barədə danışmadım. Düşünürəm ki, yalnız ürəyinizə ən yaxın insanlarla danışmağa dəyər”, - 25 yaşlı model “Instagram” hekayəsində yazıb.

Pərəstişkarları bu yaxınlarda qızın tez-tez hicab və uzun, qapalı paltarlar geydiyini fərq edirlər. Eyni zamanda, gənc ana hələ də mini geymək məcburiyyətində olduğu fotosessiyalarda iştirak edə bilər.

Model İslam dinin özü qəbul edib, heç kim onu məcbur etməyib.

Xatırladaq ki, Anastasiya repçi Timatidən bir oğlu böyüdür.

Cütlük körpə dünyaya gəldikdən qısa müddət sonra ayrılıb. Ancaq Timati uşağın həyatında fəal iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7746
avatar

Oxşar yazılar