Türkiyənin məşhur müğənnisi Reyman yeni klipi üçün 5 milyon lirə xərcləyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Reynmen 3 illik fasilədən sonra yayımladığı yeni mahnısı "Cehennem” üçün döyüş filmi klipi çəkdirib. Klip kino kimidir, 10 gün ərzində 26 yerdə çəkilib.
"Bu, indiyə qədər gördüyüm işlərin zəkatıdır. “Bax bunları da etmək olar” demək istədim. Gəlin özümüzü dərk edək və həddi aşaq. Müxtəlif şeylər edə biləcəyimizi hərkəsə göstərək" - deyə bildirib.