Reytinqləri tavanda olan 'Yarğı' serialında Ceylin obrazını canlandıran türkiyəli aktrisa Pınar Dəniz son aylarda Romada ailə qurduğu Kaan Yıldırımın 38 yaşını qeyd edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar emosional paylaşımlar edib.
Cütlük körpələrinin də dünyaya gələcəyini elan ediblər. Bu xəbər də onları lap coşdurub.
Beləliklə çılğın cütlük Kaanın doğum gününü dodaq-dodaq poza ilə qeyd ediblər.
Qeyd edək ki, Kaan Yıldırım da ilk dəfə ata olmağın həyəcanını yaşayır.